1. Yeni tədarük yaratmaq üçün arxa paneldən İnventar → Tədarüklər bölməsinə daxil oluruq. Sağ yuxarı hissədə yerləşən Yarat düyməsinə klik edirik.

 

  1. Açılan səhifədə bizdən tələb olunan məlumatları daxil edərək yeni tədarükümüzü yarada bilərik.

    1. Tədarükçünü seçirik ( Tədarük etdiyimiz məhsulların kimdən aldığımızı göstəririk )
    2. Status ( Tədarükümüzün statusunu təyin edirik )
    3. Anbar seçimi ( Tədarükümüzü hansı anbara əlavə edəcəyəmizi seçirik )
    4. Kateqoriya ( Avtomatik olaraq ədarük seçilir )
    5. Əməliyyat vaxtını qeyd edirik
    6. Balans seçirik ( Balans tədarükün edilməsi zamanı ödənişi hardan etdiyimizi göstəririk. Nisyə alışlarda Ödənilməmişdir seçilməlidir )
    7. Açıqlama ( Hər hansı əlavə şərlər varsa əlavə edirik )
    8. Tədarük edəcəyimiz məhsulları qeyd edib aldığımız miqdarı və dəyərini qeyd edirik.
    9. Toplu seçim funksiyasından istifadə edərək əlavə edəcəklərimiz məhsulları topluda seçə bilərik.


    Sonda sağ yuxarıda yerləşən Saxla düyməsini sıxıb məlumatları yaddaşa veririk.