Azsmart kassa cihazını Clopos sisteminə inteqrasiya etmək üçün arxa paneldən Ayarlar → Ümimi hissəsinə daxil olaraq E-kassa bölməsinə keçid edirik. Daha sonra kassa inteqrasiyası üçün Asmratı seçirik.
Azsmartı seçdikdən sonra
İP ünvanı qeyd edirik ( ip ünvanını öyrənmək üçün Azsmart kassa cihazının şəbəkə ayarlarına daxil olma lazımdır )
İP ünvanı bu şəkildə yazılmalıdır → 192.168.1.1:8008 , Bu ( 192.168.1.1 ) İP ünvanı şərtidir.
Merchant id hissəsində Azsmart şirkəti tərəfindən sizə verilən kodu daxil edirik.
Məlumatları daxil etdikdən sonra sağ yuxarı hissədə mövcud olan Saxla düyməsinə klik edib verilənləri yaddaşda saxlayırıq.
Azsmart kassa cihazının Clopos sistemində inteqrasiyası zamanı hər iki proqram eyni şəbəkə üzərində olmalıdır.
Azsmart cihazında Ayarlar bölməsindən Fiskal printer rejimini aktiv edirik( Bu zaman inteqrasiya prosesi başlayacaq ).
Clopos terminalında aşağıdakı şəkildə Azsmart smart kassasının sistemimizə inteqrə olduğundan əmin oluruq.