NBA kassa cihazını Clopos sisteminə inteqrasiya etmək üçün arxa paneldən Ayarlar → Ümimi hissəsinə daxil olaraq E-kassa bölməsinə keçid edirik. Daha sonra kassa inteqrasiyası üçün NBA seçirik.
NBA seçdikdən sonra
İP ünvanı qeyd edirik ( ip ünvanını öyrənmək üçün NBA kassa cihazının şəbəkə ayarlarına daxil olmaq lazımdır. )
İP ünvanı bu şəkildə yazılmalıdır → 192.168.1.1:2000 , Bu ( 192.168.1.1 ) İP ünvanı şərtidir.
Məlumatları daxil etdikdən sonra sağ yuxarı hissədə mövcud olan Saxla düyməsinə klik edib verilənləri yaddaşda saxlayırıq.
NBA kassa cihazının Clopos sistemində inteqrasiyası zamanı hər iki proqram eyni şəbəkə üzərində olmalıdır.
Daha sonra inteqrasiya prosesini başladırıq. İnteqrasiya prosesini başlatmaq üçün NBA şirkəti ilə əlaqə saxlamaq lazımdır. Clopos terminalında aşağıdakı şəkildə NBA smart kassasının sistemimizə inteqrə olduğundan əmin oluruq.