1. Emenu modulunu konfiqurasiya etmək üçün ilkin öncəliklə modullar bölməsindən Emenu modulunu aktiv edirsiz.

  1. Arxa paneldən Emenu bölməsinə daxil olaraq ayarlar hissəsindən brendimizə uyğun olaraq ayarları təyin edirik.

    Bu hissədən Emenu modulunu aktiv edirsiniz. Emenu modulunuzu istifadə etmək istədiyiniz dilləri əlavə edirsiz. Altyazı, şəkil və rəng seçiminizi təyin edirsiz. QR kodu yükləyərək çap edə bilərsiniz.



     

  2. Daha sonra Kateqoriya bölməsinə daxil olaraq Emenu-da müştərilərinizə göstəriləcək kateqoriyaları yaradırıq.



    Sağ yuxarı hissədə yerləşən Yarat düyməsinə sıxaraq kateqoriyaları yarada bilərik.


  3. Menyu qurluşu hissəsindən menyu qurluşunu dəyişə bilərsiniz. Sonda sağ yuxarı hissədə yerləşən Saxla düyməsinə sıxırıq.


     

  4. Emenu Məhsullar bölməsindən emenyumuza əlavə edəcəyimiz məhsulları sağ hissədə yerləşən dəyiş düyməsinə sıxırıq və açılan səhifədən məhsul haqqında məlumatları daxil edirik.



    Emenyumuza yerləşdirəcəyimiz məhsulun məlumatların daxil etdikdən sonra sağ yuxarı hissədə yerləşən Saxla düyməsinə sıxırıq. Bu üsulla Məhsullarınız Emenu hissəsində öz yerini tutacaq.


    Web brauzerdən istifadə edərək QR kodu scan etmədən aşağıdakı linkdən istifadə edərək Emenu hissəsinə baxa bilərsiniz.


    Nümunə : https://sizin brendiniz.clopos.com/emenu